Bakıda tanınmış rəssamın evindən - 200 min manatlıq oğurluq

Bakıda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Elçin Qasımovun evindən oğurluq olub.
Avtosfer.az xəbər verir ki, tanınmış rəssamın Nəsimi rayonu Bülbül prospektində yerləşən evindən 200 min manatlıq əşyalar talanıb.
Aparılan araşdırmalarla oğurluğun həmin binanın gözətçisi, Cəlilabad rayon sakini 1988-ci il təvəllüdlü Üzeyir Əliyev tərəfindən törədilməsi müəyyən edilib.
Məlum olub ki, oğurlanan əşyalar arasında çoxsaylı bahalı qol saatları, tarixi əhəmiyyətli əşyalar və çoxillik içkilər olub.
Həmçinin E.Qasımovun həyat yoldaşına məxsus bir ədəd qara rəngli 13 000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 7 min manatlıq “Francesco Scognaniglio” markalı, 14 000 manat dəyərində “Etro Milano” markalı, 12 000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı, 11 000 manat dəyərində “Thes Thes” markalı, 2800 manat dəyərində “Pajaro” markalı, 5500 manat dəyərində “Thes irevelle” markalı, 6200 manat dəyərində “Albeno Fercci” markalı, 1850 manat dəyərində “Adoma” markalı gödəkcələrin oğurlanması da məlum olub.
Həbs edilən gözətçi barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) və 183-cü ( Xüsusi dəyəri olan əşyaları talama) maddələri ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, oğurluq hadisəsi Elçin Qasımov ailəsi ilə birgə bağ evində olduğu müddətdə baş verib. O, Bülbül prospektində yerləşən 6 otaqlı, 400 kvadrat metrlik evinin açarını binanın gözətçi köşkündə etibar etdiyi Üzeyirə verərək gedibmiş.
Gözətçi həbs ediləndən sonra onun oğurladığı əşyaların bir qismi geri qaytarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












