Bakıda təmir zamanı dağıdılan yol niyə bərpa edilmir? - AÇIQLAMA - FOTO
Xəbərlər
13 Sentyabr 2022 21:45

Paytaxtın Səbail rayon sakinləri yol problemindən əziyyət çəkirlər. Bu barədə vətəndaşlar tərəfindən şikayət daxil olub. Belə ki, şəhərin Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində yaşayan sakinlər iki ildir yol problemindən əziyyət çəkirlər:
“İki il bundan əvvəl asfalt örtüyü dağıdılaraq küçəyə yeni kanalizasiya xətti çəkilib. Kanalizasiya xətti çəkildikdən sonra asfalt örtüyü bərpa edilməyib. Qocalar, uşaqlar çox əziyyət çəkirlər. Asfalt örtüyünün çəkilməsi üçün heç bir qurum müraciətimizə baxmır”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-a bildirib ki, ərazidə qurum, təşkilat, şirkət tərəfindən həyata keçirilən qazıntı işlərinin yekununda avtomobil yolunun əvvəlki halına qaytarılması həmin qurumların öhdəsinə düşür: “Əgər həmin təşkilat və qurumların buna gücü çatmırsa, AAYDA-nın ərazi üzrə müvafiq cavabdeh olan MMC-ləri var. Onlarla müqavilə imzalanmalıdır. Daha sonra bizim MMC tərəfindən əraziyə işçi briqadası göndərilir və yolun asfalt-beton örtüyü ilə bərpa edilir”.
Oxunub : 1284
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












