Bakıda tramvaylar alternativ nəqliyyat vasitələri olacaq

Bakıda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimat mərasimində bildirib.
O, bununla bağlı təkliflərin olduğunu deyib. Komitə sədrinin sözlərinə görə, Baş planda ictimai nəqliyyata çox böyük önəm verilib.
"Bu istiqamatdə ciddi araşdırma aparılıb. İlk növbədə metronun inkişafı davam etdiriləcək, 2040-cı ilə qədər metro stansiyalarının sayının 46-ya çatdırılması planlaşdırılır. Əlavə 20 stansiya tikilməlidir. Bu da çox böyük irəliləyişdir", - o qeyd edib.
Anar Quliyev vurğulayıb ki, hazırda avtobusların hərəkəti asanlaşdırılır:
"Tramvay isə avtobusa alternativ yeni bir nəqliyyat növü olmalıdır. Nəqliyyat siyasətinə cavabdeh qurumlar qərarını verəcək. Baş plan bu infrastrukturun qurulmasını nəzərdə tutur".
modern.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












