Bakıda yaşıllaşdırma işləri aparılır - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Avtosfer.az xəbər verir ki, müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr, kommunal xidmətlərin fəaliyyəti, müzakirə olunub.
Bildirilib ki, Bakı şəhərində yaşıllaşdırma tədbirləri davam etdirilir və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni növ ağac və kölların əkilməsi həyata keçirilir.
Qeyd edilib ki, son illərdə aparılan tədbirlər nəticəsində şəhərdə yaşıllıq və flora müxtəlifliyi əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, paytaxtın iqlim şəraitinə uyğunlaşan yeni ağac, kol və gül növlərinin birliyin xüsusi istixanalarında yetişdirilməsi və daha sonra əkilməsi davam etdirilir. Bu işlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, biomüxtəlifliyin artırılması və urbanistik landşaftın daha da zənginləşdirilməsi məqsədini daşıyır.
Qlobal iqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə yaşıllaşdırma tədbirlərində əsasən quraqlığa davamlı və yerli iqlimə uyğun bitki növlərinə üstünlük verilir. Eyni zamanda, müxtəlif rəngli dekorativ ağac və kolların əkilməsi şəhərin estetik görünüşünün daha da gözəlləşdirilməsinə xidmət edir.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əkilən bitkilər sırasında Kanna, Platicodon, Vinka və digər müxtəlif rəngli dekorativ güllərlə yanaşı, katalpa, meliya, sapindus, deloniks və şəhərin iqlim şəraitinə uyğun bir sıra ağac növləri də yer alır. Sözügedən yaşıllaşdırma layihələri birliyin təcrübəli landşaft dizaynerləri və mütəxəssisləri tərəfindən aparılır.
Paytaxtın yaşıllıq növləri sayının genişləndirilməsi, yeni ağac, gül və kol növlərinin əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.





Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq












