Bakıda yeni park salınır - "ALMET" ASC-nin binası söküləcək

Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan "ALMET" ASC-nin inzibati binası söküləcək.
Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb "ALMET" ASC-nin yerləşdiyi ərazidə parkın salınmasıdır.
Məlumata görə, ASC bu məqsədlə iyunun 30-da səhmdarlarının növbəti illik ümumi yığıncağını çağırıb.
Yığıncağın saat 11:30-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçirilməsi qərara alınıb.
Ümumi yığıncağın gündəliyinə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən "ALMET" ASC-nin yerləşdiyi ərazidə parkın salınması məqsədilə cəmiyyətə məxsus olan bina və qurğuların (balansındakı daşınmaz əmlakın) tamam sökülməsinə aid məsələ daxil edilib.
Burada söhbət paytaxtın Xətai rayonu, Zavod küçəsindən gedir. ASC-yə məxsus bina və daşınmaz əmlak Zavod küçəsi 8, ev 1 ünvanda yerləşir.
Qeyd edək ki, "ALMET" ASC inşaatda istifadə olunan qapı, pəncərə, pilləkən, darvaza, məhəccər və s. istehsalı ilə məşğuldur. 314 454 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Suliddin Nəcəf oğlu Həsənovdur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












