Bakıda yolu kəsən soyuducular yığışdırıldı - FOTO

Bakı şəhər Xətai rayonu ərazisində fəaliyyət göstərən ticarət köşkünün ətrafına yığılan soyuducuların piyadaların və nəqliyyatın hərəkətinə çətinlik yaratdığı bildirilir.
Əhmədli kəndindən Babək prospektinə gedən yolda qoyulmuş soyuducuların fotosu sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən bir neçə soyuducunun yolun hərəkət hissəsinə qoyulması, piyadaların yolunu tam kəsməsi, həmçinin avtomobillərin hərəkətinə də maneə yaratması məlum olur.
Əvvəl:

Qeyd edək ki, Bakı şəhərində səkilərdə və yol kənarlarındakı köşklərin ətrafına yığılmış soyuducuların hərəkət iştirakçılarına maneə yaratması ilə bağlı tez-tez şikayətlər edilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirib ki, ərazidə qayda pozuntusu ilə müşahidə olunan hal aradan qaldırılıb.
Sonra:

“Qaydalara əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda - evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və digər yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, digər ərzaq və başqa mallarının satılmasına yol verilmir” , - deyə məlumatda qeyd olunub.
.jpeg)
O da bildirilib ki, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerlərdə malların satılmasına və ya işlərin, xidmətlərin görülməsinə görə 80 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












