Bakıdakı məşhur bazar söküləcək - YENİLƏNİB

"Bizim bazarın sökülməsi nəzərdə tutulmayıb".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Dərnəgül tikinti materialları bazarının direktoru Aqil Məmmədov deyib.
O saytımıza açıqlamasında bildirib ki, iddialar yanlışdır.
***14:11
Tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı söküləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya bazarda fəaliyyət göstərən sahibkarlar məlumat verib.
Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.
İlkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi deyilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












