Bakıdakı “Rus Evi” yenidən açıla bilər?

“Rusiya və Azərbaycan Bakıda “Rus Evi”nin fəaliyyətinin bərpa edilməsi imkanlarını müzakirə edirlər”.
Avtosfer.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “LIVETVAZ” yutub kanalına müsahibəsində deyib.
“Azərbaycan tərəfinin tələbi ilə “Rus Evi” fəaliyyətini dayandırmışdı. Lakin düşünürəm ki, bu məsələ ilə bağlı aramızda müsbət dialoqumuz başlayıb. Bununla yanaşı, “Sputnik” agentliyinin işi ilə bağlı da müzakirələr aparılır”, - deyə rusiyalı səfir qeyd edib.
Onun sözlərinə görə, Moskva qarşılıqlı məqbul həll yolunun tapılmasına ümid edir.
Xatırladaq ki, Bakıdakı “Rus Evi” cari ilin fevralında fəaliyyətini dayandırıb. Belə ki, həmin dövrdə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verilib. Bunun ardınca, rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












