Bakıdan bahalı saat aparan şəxs Moskvada SAXLANILDI

Moskvanın Domodedovo aeroportunda gömrükçülər Bakıdan gələn sərnişinin üzərindən bəyan edilməmiş “Rolex” saatı aşkar ediblər.
Avtosfer.az xəbər verir ki, gömrükçülər əlində bahalı saat gəzdirən 63 yaşlı rusiyalını yaşıl dəhlizdə saxlayıblar. Həmin şəxs saatı hədiyyə olaraq aldığını və onu bəyan etməli olduğunu bilmədiyini deyib.
Ekspertiza müəyyən edib ki, saatın metal hissələri 750 əyarlı qızıldan hazırlanıb. Onun dəyəri təxminən 3,5 milyon rubl təşkil edir. Sərnişinə izah edilib ki, strateji əhəmiyyətli malların qaçaqmalçılığına görə cinayət məsuliyyəti daşıyır.
Federal Gömrük Xidməti xatırladıb ki, dəyəri 10 min avroya qədər olan və çəkisi 50 kiloqramdan çox olmayan mallar bəyannaməsiz təyyarə ilə gətirilə bilər. Standartlar aşılırsa, sərnişin "qırmızı dəhliz”dən keçməli və gömrük bəyannaməsini doldurmalıdır.
Modern.az
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











