Bakının Baş planında bir sıra yeniliklər olacaq - VİDEO

Bakı şəhərinin yeni Baş planında bir sıra yeniliklər olacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən məlumata görə, layihə çərçivəsində yaşıllıq sahələrinin maksimum artırılması gözlənir.
Paytaxtda yaşıllıq zonalarının şəhərin 10 faizinə qədərini əhatə etməsi nəzərdə tutulur.
Ekoloq Telman Zeynalov bildirib ki, yaşıl zolaqların salınacağı ərazilər ətraflı şəkildə öyrənildikdən sonra prosesə başlanacaq.
Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildirilib ki, Baş plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur. Layihəyə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması da daxildir.
Memar Muxtar Ərturan isə bildirib ki, son illər demoqrafik vəziyyətin dəyişməsi paytaxt ərazisində bir sıra çətinliklərə səbəb olub. Onun sözlərinə görə, yeni Baş planın üstün cəhətlərindən biri də nəqilyyat vasitələri üçün hərəkət mexanizminin qurulması olacaq.
Baş planda Bakının 9 gölünün, o cümlədən Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün reabilitasiyası və tezliklə bərpası da nəzərdə tutulur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsidən "Xəzər Xəbər"ə verilən məlumata görə, layihənin hazırlanmasında xarici şirkətlər də iştirak etdiyi üçün pandemiya işlərin yubanmasına səbəb olub.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












