Bakının Baş planının icrasına hansı ərazidən başlanacaq? - VİDEO

Bakının Baş planının icrasına ilk olaraq Nərimanov rayonu ərazisində Montin qəsəbəsi kimi tanınan ərazidən başlana bilər. Başqa sözlə, burada bütün infrastrukturun yenilənməsi nəzərdə tutulur.
Pilot layihə ərazisi Bakının mərkəzi hissəsinin şərqində, Heydər Əliyev prospekti ilə Babək prospektinin arasını əhatə edir. Ərazi şərqdən və cənubdan dəmiryolları ilə sərhədlənir.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, məqsəd Baş planın ümumi parametrlərinin sözügedən inkişaf ərazisinə tətbiq etməkdir.
Burada ən üstün şəhərdaxili inkişaf planı icra ediləcək. Yaşayış, iş və sosial mühiti bir məkanda cəmləşdirən ərazidə yaşayış məhəllələri və bloklaşdırılmış evlər inşa edilə bilər.
Tikintilərin indiki kimi plansız deyil, ara məsafələri saxlanılmaqla inşası həyata keçiriləcək. Burada dəmiryolu stansiyasının bərpası və əlaqələndirilmiş ictimai nəqliyyat şəbəkəsi yaradıla bilər.
Qəsəbə ərazisində piyada gəzintisi üçün geniş imkanlar yaradılması, 40%-lik ərazinin ümumistifadə üçün nəzərdə tutulması planlaşdırılır.
Ətraflı süjetdə:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












