Bakının bu ərazilərində niyə su gəlmir? - Rəsmi cavab - VİDEO

Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə su verilmir.
Avtosfer.az xəbər verir ki, vətəndaşlar bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşıblar.
Onlar bildirib ki, Badamdar qəsəbəsinin bəzi yerlərində iki gündür su yoxdur. Eyni problem 6-cı mikrorayonda da yaşanır.
Belə ki, susuz qalan vətəndaşlar müxtəlif yerlərdən öz mənzillərinə su daşımağa məcbur olublar.
Badamdar qəsəbəsindən həmin görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd olunan ünvanlarda içməli su xəttində qəza baş verib:
“Hazırda müvafiq rayon sukanal idarələrinin qəza briqadaları tərəfindən intensiv bərpa işləri görülür. Gün ərzində işlər yekunlaşdırılacaq, suyun verilməsi bərpa ediləcək”. (Qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












