Bakının bu küçəsində də sarı tor çəkildi - VİDEO

Paytaxtın Xətai rayonunda yerləşən Məhəmməd Hadi küçəsində nəqliyyatın hərəkətində yenilik tətbiq edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında avtobus zolağının başa çatdığı yerdə sarı tor çəkilib.
Bildirilib ki, bu ərazidə tez-tez tıxaclar müşahidə edilir və avtobuslar öz zolaqlarından sonra kəsişmənin qarşı tərəfinə keçərkən xeyli vaxt itirir. Yeniliyin tətbiqindən sonra isə sağa dönən avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib.
Yeniliyə əsasən, qarşıda tıxac olsa da, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların hərəkətinə maneə yaratmamalıdır.
Qeyd edək ki, daha əvvəl Nərimanov rayonu Fətəlixan Xoyski küçəsində (Gənclik Mall-ın qarşısı) də oxşar yenilik tətbiq edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












