Bakının bu qəsəbəsində 2 aydır evləri su basır - VİDEO

Bakının Xəzər rayonu, Ramana qəsəbəsi ərazisində küçələrə, həyətlərə, hətta evlərin zirzəmilərinə su dolub.
Avtosfer.az-ın məlumatına görə, sakinlər bildirir ki, bu vəziyyət artıq 2 aydır davam edir. Onlar məsələ ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət etdiklərini bildirib: “Evimizi iki aydır su basıb, qohumumgildə qalıram. Uşaqlarım xəstədir, ancaq bu məsələyə baxan yoxdur. Bizə deyirlər ki, gözləyin, düzəldəcəyik. Ancaq nə qədər gözləmək olar?!”
Vətəndaşların şikayəti ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ünvanda xidmətin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil: “Təchizat sistemi olmayan ərazilərdə təchizatın qurulması üçün layihə sənədləri hazırlanıb. Bundan başqa, müvafiq rayon sukanal idarəsinin əməkdaşları əraziyə cəlb edilir, istismar qaydalarının mümkün şərtləri çərçivəsində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi icra edilir”.
Xəzər Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, ötən dövr ərzində aidiyyəti qurumlar tərəfindən lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür: “Tikinti-quraşdırma işlərinin dövlət investisiya proqramı çərçivəsində mərhələli icrası nəzərdə tutulub”.
Daha ətraflı videomaterialda:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












