Bakının bu qəsəbəsində sakinlər 30 ildir asvalt yola həsrətdir - VİDEO

Yağış suları yolları və məhəllələri keçilməz edib.
Avtosfer.az xəbər verir ki, söhbət Suraxanı rayonu Əmircan qəsəbəsi Qulu Quluyev və Elxan Həsənov küçələrindən gedir.
Görüntülər “Xəzər Xəbər”in Qaynar Xəttinə göndərilib. Sakinlər iddia edir ki, məhəlləyə 30 ildir asfalt çəkilmir. Yağış yağanda isə həyətləri gölməçəyə çevrilir.
Sakinlər bildirir ki, yollar bərbad vəziyyətdə olduğundan taksilər də məhəlləyə gəlməkdən imtina edirlər. Uşaqlar isə məktəbə rahat şəkildə gedib gələ bilmirlər.
Problemin həlli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, qəsəbə daxili küçə və yollar növbəli şəkildə təmir olunur.
Qeyd olundu ki, adı çəkilən küçələrin əsaslı təmiri növbəti illərdə həyata keçiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












