Bakının cənub girişində parklanmanın pulsuz olmasının SƏBƏBİ - FOTO

Səbail rayonunun Bayıl qəsəbəsində avtomobillər üçün nəzərdə tutulan bütün parklanma yerləri pulsuzdur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan bu məlumat geniş müzakirə mövzusu olub.
Müzakirə iştirakçılarının bir çoxu paylaşılan şəkilin və yazılan məlumatın doğru olduğuna şübhə ilə yanaşıblar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) faktı təsdiqləyib.
Qurumdan bildirilib ki, bu hal sözügedən ərazinin IV zonaya aid olması ilə əlaqədardır:
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 213 nömrəli qərarı ilə Bakı şəhərinin inzibati ərazisində mərkəz, I, II, III və IV zonalar olmaqla beş parklanma zonası müəyyən olunub. Bu parklanma zonalarından IV zona ödənişsiz parklanma zonasıdır ki, Bayıl ərazisi də ödənişsiz parklanma zonasına aiddir.
Həmin ərazidə xaotik parklanmanın qarşısını almaq məqsədilə parklanma məntəqələri təşkil edilib", - deyə məlumatda vurğulanıb.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












