Bakının Səbail rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO

Dövlət Su Ehtiyatları Agentliyinin Səbail rayonunda keçirdiyi nəzarət tədbirləri nəticəsində bəzi obyektlərdə və fərdi mənzillərdə sudan qanunsuz istifadə halları aşkarlanıb.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Belə ki, 20-ci sahə, Ömər Faiq Nemanzadə küçəsi, 25-də yerləşən avtoservisin sudan qanunsuz istifadə etdiyi müəyyən olunub. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan magistral xəttə özbaşına birləşmə edərək sudan qeyri-qanuni istifadə edib. Oxşar vəziyyətə 20-ci sahə, Elçin Əzizov küçəsi, dalan 2-də yerləşən avtoservisdə də rast gəlinib. Obyektin sahibi şəbəkəyə qoşulmaq üçün texniki şərt alsa da, su təchizatı müəssisəsindən xəbərsiz birləşmə edib və sudan uçotsuz istifadə edib.
Məlumata görə, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Xurşidbanu Natəvan küçəsində yerləşən həyət evinin sahibi uzun müddət ödəniş etmədiyindən borcu yığılıb:
“Sayğaca baxış keçirərkən işlək vəziyyətdə olmadığı müəyyən edilib, həmçinin ev sahibinin sayğacdankənar xətt çəkərək suyu taladığı da aşkar olunub”.
Bildirilir ki, aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib.
“Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, - deyə agentlik qeyd edib.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında ümumilikdə 8 899, Səbail rayonunda isə 131 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











