Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda ƏLƏ KEÇDİ

Xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edilən həmin şəxsdən 7 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və satışının təşkil olunmasından ötrü Bakı şəhəri ərazisində sonradan deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












