"BakuBus" Azərbaycan şirkətindən 16,7 milyon manata avtobuslar alır

"BakuBus" MMC işğaldan azad edilmiş rayonlar üçün elektrik mühərrikli avtobuslar alacaq. Avtosfer.az xəbər verir ki, bir mənbə hesabına keçirilən satınalma çərçivəsində "Azerbaijan Energy Automotive Factory" MMC ilə müqavilə bağlanılıb. Layihənin ümumi dəyəri 16 milyon 675 min 640 manat təşkil edir.
Qeyd edək ki, "Azerbaijan Energy Automotive Factory" MMC ötən ilin noyabrında Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə Azərbaycanda elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair müqavilə bağlayıb. Şirkətə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. "Azerbaijan Energy Automotive Factory" MMC sənaye parkının ərazisində elektrik mühərrikli avtobusların istehsalını həyata keçirəcək. İnvestisiya dəyəri 29 milyon manatdan çox olan layihə Çinin qabaqcıl texnologiyasından istifadə etməklə ildə 500 ədəd avtobus istehsal olunmasını bəyan edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












