Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayı açıqlandı

ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Avtosfer.az xəbər verir ki, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı–Qəbələ–Bakı xətti üzrə 4 əlavə reys təyin olunub. Bakı–Balakən–Bakı marşrutu üzrə isə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.
5 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb. Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı–Balakən–Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.
6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. Bakı–Qəbələ–Bakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib.
6-9 iyun tarixlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla həmin tarixlərdə 45 361 nəfər daşınıb.
Ümumilikdə 6-9 iyun tarixlərində qatarlarla 54 675 nəfər səyahət edib.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










