Bekmurodov: "Zəngəzur dəhlizi Mərkəzi Asiya-Cənubi Qafqaz-Avropa nəqliyyat bağlantısını gücləndirəcək"

"Özbəkistan Zəngəzur dəhlizinin yaradılmasını tam dəstəkləyir və onu regionun nəqliyyat-logistika xəritəsini dəyişdirmək gücündə olan əsas infrastruktur layihələrindən biri kimi görür".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı, "Yüksəliş" hərəkatının sədri Bobur Bekmurodov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) Həmrəylik Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, türk dünyası daxilində yük axınlarının artması və əlaqələrin genişlənməsi ilə yeni, daha etibarlı və proqnozlaşdırıla bilən marşrutların yaradılması daha da aktuallaşır.
Deputatın sözlərinə görə, Zəngəzur dəhlizi Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri arasında nəqliyyat bağlantısını əhəmiyyətli dərəcədə gücləndirərək yük axınları üçün daha qısa, iqtisadi cəhətdən əlverişli və təhlükəsiz yolun təmin edilməsinə imkan yaradacaq.
"Zəngəzur dəhlizinin açılması bütün türk dünyası üçün mühüm tarixi hadisə olacaq. Bu marşrut Orta Dəhlizin əsas həlqəsinə çevriləcək və xalqlarımıza fayda gətirəcək. Layihə türk ölkələri məkanında inteqrasiyanın yeni mərhələsi olacaq", - deyə B.Bekmurodov qeyd edib.
O, həmçinin vurğulayıb ki, Özbəkistan dəhlizi TDT daxilində iqtisadi və siyasi əməkdaşlığın dərinləşməsi prosesinin bir hissəsi kimi görür, bu isə gələcəkdə regionun dayanıqlılığını gücləndirməyə, ticarətin inkişafını sürətləndirməyə və türk dövlətlərinin vahid nəqliyyat qovşağı kimi cəlbediciliyini artırmağa imkan verəcək.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










