Belarus aviaşirkəti Avropanın 12 şəhərinə reysləri ləğv edib

Belarusun milli aviadaşıyıcısı olan "Belavia" şirkəti Avropanın 8 ölkəsinə (12 şəhər) aviareysləri ləğv edib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə aviaşirkətin açıqlamasında deyilir.
"Bir sıra ölkədən uçuşlara qadağa qoyulduğu üçün "Belavia" 27 may – 30 oktyabr 2021-ci il tarixləri arasında Varşava (Polşa), Milan, Roma, (İtaliya), Amsterdam (Niderland), Frankfurt, Berlin, Münhen, Hannover (Almaniya), Vyana (Avstriya), Brüssel (Belçika), Barselona (İspaniya) və Kalininqrad (Rusiya) istiqamətində uçuşları ləğv etmək məcburiyyətində qalıb. Sərnişinlər istifadə olunmamış və qismən istifadə olunmuş biletlərin alındığı tarixdən bir il ərzində biletin gediş tarixini dəyişdirə və ya cərimə olunmadan tam qiymətini geri ala bilərlər. Pulun geri qaytarılması üçün biletlərin alındığı yerlə əlaqə saxlamalısınız", - məlumatda deyilir.
Xatırladaq ki, Latviya, Litva və Polşa Belarus aviaşirkəti üçün hava məkanlarını bağlayıb.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












