Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəldi - VİDEO - YENİLƏNİB

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir.
Avtosfer.az bu barədə APA-ya istinadən xəbər verir.
***12:53
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Belarusun Baş naziri Aleksandr Turçin rəsmi səfərlə Azərbaycana gəlir.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "BELTA" nəşri məlumat verib.
Məlumata görə, səfər zamanı Aleksandr Turçin ilə respublika rəhbərliyi arasında görüş planlaşdırılır. Belarus hökumətinin başçısı, həmçinin Belarus-Azərbaycan biznes forumunda da iştirak edəcək və forumun yekununda bir sıra müqavilələrin imzalanması nəzərdə tutulur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












