“Belə avtomobillə heç yerə getmərəm” - Prezident

“Düzünü desəm, elektrik avtomobillərində FM radionun olmadığını bilmirdim. Açığını deyim ki, mən radionu əsasən avtomobildə olarkən dinləyirəm”.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda gürcüstanlı jurnalistin elektrik avtomobillərində FM radio ilə bağlı sualını cavablandırarkən toxunub.
“Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm. Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik”, - Prezident əlavə edib.
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










