Bələdiyyə sədrinin olduğu avtomobilə silahlı hücum edilib

Türkiyənin Adana şəhərində içində bələdiyyə işçilərinin olduğu avtomobilə silahlı hücum edilib. Avtomobildə İmamoğlu bələdiyyəsinin sədri Kasım Karaköse də olub.
Bu barədə Avtosfer.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, hadisə Fatih Sultan Mehmet Bulvarında baş verib. İddiaya əsasən, işdən çıxarılan keçmiş bələdiyyə işçisi buna görə günahkar bildiyi Benal Karagöz adlı digər işçinin olduğu avtomobilə tapança ilə atəş açıb. Silahlı hücum zamanı xəsarət alan olmayıb.
Hadisədə əli olduğu iddia edilən şübhəli şəxs Kozan rayonunda polis tərəfindən saxlanılıb.
Bələdiyyə sədri Kasım Karaköse sosial media hesabından Benal Karagöz ilə birlikdə etdiyi canlı yayımda məsələyə dair açıqlama verib.
O, hücumu həyata keçirən şəxsin işə gəlmədiyinə dair hesabat hazırlandıqdan sonra fəaliyyətinə son verildiyini və buna görə heç kimin məsuliyyət daşımadığını bildirib.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident



















