Bənəniyar su anbarında balıqların kütləvi tələf olması araşdırıldı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun tapşırığına əsasən, qurumun Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Bənəniyar su anbarına baxış keçirib.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, baxışın məqsədi ötən gün anbarda suyun səviyyəsinin azalması nəticəsində balıqların kütləvi tələf olması faktını yerində araşdırmaq olub.
Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.
İ.Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəl Agentliyin tabeliyinə verilib. Bu müddətdə su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb.
Onun sözlərinə görə, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirilir. Bunlara "Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması" və "Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün ‘Araz-1" və ‘Araz-2" iki pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması" layihələri daxildir.
Hər iki layihə üzrə layihələndirmə və ekspertiza mərhələsi tamamlanıb, tender müsabiqəsi keçirilib və qalib podratçı ilə müqavilə bağlanıb. Hazırda tikinti-quraşdırma işlərinə start verilib.
Bundan əlavə, "Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması", "Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi", həmçinin "Gilançaydan Culfa və Babək rayonlarının ərazisində 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması" layihələri üzrə də layihələndirmə və ekspertiza işləri tamamlanıb, tikinti mərhələsinə hazırlıq işləri davam etdirilir.
İ.Quliyev vurğulayıb ki, həyata keçirilən tədbirlər Naxçıvanda su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsinə, suvarma və içməli su təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










