Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır

Gələn ildən etibarən Azərbaycanda həm yerli istehsal, həm də idxal olunan yanacağa tətbiq edilən yol vergisi artırılacaq. Bu barədə məlumat Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklərin müzakirəsi zamanı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, daxili istehsal üçün nəzərdə tutulan (topdan satılan) avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə tətbiq edilən yol vergisi 0,02 manatdan 0,07 manata qaldırılır.
Eyni artım idxal olunan benzin, dizel və maye qaza da şamil ediləcək – bu yanacaqların hər litri üçün yol vergisi 0,07 manat olaraq müəyyənləşdirilir.
Qeyd edilib ki, toplanan yol vergisinin dövlət büdcəsindəki məqsədli büdcə fondları arasında bölgüsü aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












