Bərdə polisi əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahlar saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silahlar və onların komplekt hissələrini saxlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum edilmişlər Məhərrəm Əmiraslanov və Rauf Bağırov saxlanılıblar. M.Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 53 ədəd patron, R.Bağırovun avtomobilinin yük yerindən isə 1 ədəd “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmişlər İbrahim Həsənov və Arif Quliyev də saxlanılıblar. İ.Həsənovun üzərindən və idarə etdiyi avtomobildən 41 ədəd bükümdə qablaşdırılmış külli miqdarda heroin, 16 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd bank kartı, A.Quliyevin üzərindən isə 45 qramdan artıq tiryək və 100 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalara davam etdirilir.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












