Bərdədəki terrorla bağlı dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciət edildi

Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Bərdə şəhərində 27 və 28 oktyabr 2020-ci il tarixlərində mülki əhaliyə qarşi ermənistanin hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktlari ilə bağlı dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib.
Konstitusiya Məhkəməsindən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.
Belə ki, Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək, beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə, oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutmuş, vurulan raket zərbələri nəticəsində 4 nəfər dinc sakin həlak olmuş, 13-ə yaxın insan yaralanmışdır.
Oktyabrın 28-də isə Bərdə şəhərinə Ermənistan tərəfindən yenidən vurulan raket zərbələri nəticəsində 21 nəfər dinc sakin həlak olmuş, 70-ə yaxın insan yaralanmışdır.
Oktyabrın 27 və 28-də törədilmiş həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəymişdir.
Döyüş zonasından 40 km məsafədə yerləşən Bərdə şəhərinə iki gün ardı-ardına raket zərbələrinin endirilməsi nəticəsində mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.
Ümumiyyətlə, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif şəhərlərində 90 mülki şəxs həlak olmuş, 392 nəfər yaralanmışdır.
Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarının, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanın, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.
Biz dünyanın bütün konstitusiya ədalət mühakiməsi orqanlarını, Ermənistan hökumətinin qadağa edilmiş silahlardan istifadə edərək beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməllərini və qəddar işğalçı siyasətini qınamağa çağırırıq.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi









