Beyləqanda küçədə odlu silahlar tapılıb - FOTO

Beyləqan rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb, digər tədbirlərlə isə silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Namət Əhmədli saxlanılıb. Onun üzərində və yaşadığı ünvanda müvafiq axtarış aparılarkən 2 kiloqramdan artıq marixuana və 17 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. O, dindirilərkən narkotik vasitələrin onlayn olaraq satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı silah-sursat aşkar edilərək götürülüb. Belə ki, ilk olaraq rayon ərazisindəki məişət tullantılarının atıldığı ərazidən 1 ədəd "Kalaşnikov AK-74" markalı avtomat, ona məxsus daraq və 22 ədəd patron, 2 ədəd "Toz" markalı tüfəng aşkarlanaraq götürülüb. Bundan əlavə, rayon sakinindən müvafiq sənədləri olmayan ov silahı da aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














