Bəzi avtobuslarda QR ilə ödənişlərdə balansdan beş qəpik artıq gediş haqqı tutulur?

Bakıda 211 və 194 nömrəli marşrut avtobuslarında QR-ödənişləri zamanı, gediş haqqının 55 qəpik olmasına baxmayaraq, 60 qəpik çıxıldığı iddia edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sərnişinlər problemin iyunun 11-də yaşandığını qeyd ediblər.
"Çox az hallarda avtobusdan istifadə edirəm. İyunun 11-də 211 və 194 nömrəli marşrut avtobuslarından istifadə etdim. Gediş haqqı həmin marşrutda 55 qəpikdir. QR-ödənişlərdə 55 qəpik seçəndə gediş haqqı qeydə alınmır, yalnız 60 qəpik seçdikdə gediş haqqı təsdiqlənir", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, qeyd edilən tarixdə hər iki marşrut avtobusunun ödəmə terminallarının monitorinqi aparılıb:
"Araşdırma zamanı iddia təsdiqini tapmayıb. 211 və 194 nömrəli marşrutlar üzrə fəaliyyət göstərən avtobuslarda 55 qəpikdən artıq ödəmə həyata keçirilməyib. Vətəndaşlar belə bir halla üzləşiblərsə, məsələnin araşdırılması üçün AYNA-ya rəsmi qaydada müraciət edə bilərlər".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












