Bəzi yerlərdə leysan yağdı - Faktiki HAVA

Mayın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Belə ki, düşən yağıntının miqdarı Qubada 17, Ağdamda 16, Xınalıqda 15, İsmayıllı, Naxçıvan, Xaltan və Şahdağda 14, Göyçayda 12, Culfa, Şabran, Şahbuz, Qəbələ və Şabranda 10, Şamaxıda 6, Xaçmaz, Bərdə, Tərtər, Zərdab, Altıağac, Astara, Naftalan, Qusar, Oğuz, Yardımlı, Gədəbəy, Mingəçevir, Kürdəmir, Lerik, Şərur, Goranboy, Yevlax, Beyləqan, Göygöl, Gəncə, Şəki, Ordubad, Daşkəsən, Biləsuvar, Lənkəran, Şəmkir, Zaqatala, Ceyrançöl, Cəlilabad, Qobustan və Neftçalada 5 mm-dir.
Mayın 3-ü saat 23:25 radələrində Şahbuza diametri 5 mm, mayın 4-ü saat 00:10 radələrində isə Naxçıvana diametri 21 mm olan dolu düşüb.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Altıağac və Neftçalada 20, Culfada 19, Gəncədə 18 m/s-dək güclənir.
Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qrız, Şəki, Qəbələ, Qusar, Qobustan, Göyçay, Zərdab, Şərur, Qax və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











