Biləcəri parkında yolu sakinlərin üzünə bağladılar

Biləcəridə yerləşən parkların birində üzərinə “Restoran ərazisində gəzmək qəti qadağandır!!!” cümləsi yazılmış məlumat tablosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paytaxt Bakıda belə halın baş verməsi ilk hadisə deyil.
Şəhərin mərkəzi küçələrində masalarını səkinin üzərinə qədər yerləşdirən restoran və kafelər olduqca çoxdur. Yol kənarında yerləşən avtoyuma məntəqələrini də belə neqativ hallara misal göstərə bilərik. Hansı ki, yol kənarındakı avtoyumalar maşınların və insanların sərbəst hərəkinə manelər yaradır.
Görəsən, bu hüququ sahibkara kim verir? Küçədə və parkda insanların sərbəst gəzməyinə hansı hallarda məhdudiyyət qoyula bilər?
Hüquqşünas Emil Aslanov baku.ws-ə açıqlamasında bildirdi ki, sahibkarlar küçələrdə, park və meşəlik ərazilərdə insanların sərbəst gəzməyinə mane ola bilməz:
“Hər kəs öz şəxsi mülkiyyətinə kənar şəxslərin girişini qadağan edə bilər. Bura restoranlar da daxildir. Restoran sahibi əraziyə insanların girib-çıxışına məhdudiyyət qoymaq hüququna malikdir. İcarəyə götürülmüş obyektlərdə isə bu məsələ müqavilə əsasında tənzimlənir. İcarəyə götürən, yalnız müqaviləyə daxil edilmiş ərazilərə hakim ola bilər. Restoranlar masalarını səkilərə qədər gətirib çıxarırlar. Burada heç bir müqavilədən, hüquqdan söhbət gedə bilməz. Heç bir sahibkara icazə verilmir ki, dövlət mülkiyyətinə aid olan yeri zəbt edib, insanların sərbəst hərəkətinə məhdudiyyət qoysun”.
Müvafiq hüquq pozuntuları ilə bağlı cəza tədbirlərinə gəldikdə isə, hüquq ekspertinin sözlərinə görə, qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulmur:
"Konstitusiyanın 28-ci maddəsində deyilir ki, hər kəsin sərbəst hərəkət etmək hüququ var. Təbii ki, burada kiminsə özəl mülkiyyətinə girməkdən söhbət getmir. Azadlıq hüququnun pozulması ilə bağlı onu deyə bilərəm ki, bununla bağlı məsuliyyət nəzərdə tutulmur".
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










