Banner

Biləsuvarda altı küçəyə şəhidlərin adları verilib - FOTO

Xəbərlər 12 Sentyabr 2023 13:09 Oxunub 692
Biləsuvarda altı küçəyə şəhidlərin adları verilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Biləsuvar rayonunun Təzəkənd kəndində altı küçəyə şəhidlərin adları verilib.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı müvafiq sərəncam imzalayıb.

Sərəncamla rayonun Təzəkənd kəndində 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadıqları küçələrə adları verilib.

Həmin şəhidlər Ruslan Şirinov, Tacəddin Quliyev, Fərqan Manafov, Amid İsmayılov, Əlizadə Bayramov və Elməddin Əhmədlidir. Artıq sözügedən küçələrə ünvan lövhələri də vurulub.

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh