Biləsuvarda ənənəvi Hind Quşu festivalı keçirildi - FOTO

Biləsuvarda ənənəvi Hind Quşu festivalı keçirilib.
Avtosfer.az xəbər verir ki, festival bu il də minlərlə insanın yaddaşında xoş təəssüratlarla qalıb.
Tədbirdə hind quşundan bişirilən ləziz yeməklər, yerli ustaların əl işlərindən hazırlanmış suvenirlər, rəngarəng sərgi stendləri və kənd həyatının özünəməxsus ab-havasını əks etdirən nümunələr nümayiş olunub.
Qeyd edək ki, artıq beş ildir ki, Biləsuvarda ənənə halını almış bu festivalda ölkəmizin müxtəlif bölgələri ilə yanaşı, xarici ölkələrdən gələn qonaqlara da milli mətbəximiz və sənət nümunələri təqdim edilir, adət-ənənələrimiz geniş şəkildə nümayiş olunur.
Ziyarətçilər həvəskar aşpazların hind quşundan hazırladıqları müxtəlif növ yeməklərdən dadmaq imkanı əldə ediblər.
Tədbirdə onlarla turizm və aqrar sahədə fəaliyyət göstərən şirkətlər də öz məhsullarını təqdim ediblər. Bu dəfəki festivalda bir sıra xarici ölkələrdən gələn aşpazlar da iştirak edərək öz milli mətbəx nümunələrini hazırlayıb qonaqlara təqdim ediblər.











Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












