Biləsuvarda oğurluq edənlər saxlanılıb

Biləsuvarda ferma və mağazadan oğurluq edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində yerləşən fermadan ümumi dəyəri 3000 manat olan 10 baş xırdabuyunuzlu heyvanın oğurlanması ilə bağlı müraciət daxil olub. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin rayon sakini M.Məmmədli və Cəlilabad rayon sakini H.Şəmmədov olması müəyyən edilib və onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.
Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayonun Bəydili kəndində yerləşən mağazadan oğurluq edən şəxslər saxlanılıb. Araşdırmalarla onların Bəydili kənd sakinləri P.Məmmədzadə və A.Əzizov olduqları müəyyən edilib.Saxlanılan şəxslərin həmin mağazadan 600 manat nağd pul, əlavə olaraq 280 manat dəyərində danışıq kartları və tütün məmulatları oğurladıqları məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












