Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsi olaraq, Türk dünyasının inkişafına verilən töhfənin mühüm amilidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım Türkiyənin Səlcuq Universitetində keçirilən simpoziumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun açılması Türk dünyasının potensialını daha da açacaq, onun resursları və sərvətləri türk xalqlarının rifahı naminə istifadə ediləcək. “Zəngəzur dəhlizi Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə Binəli Yıldırım bildirib.
O, TDT ölkələri arasındakı ticarət göstəricilərinə toxunaraq bildirib ki, hazırda türk dövlətləri arasında 1,1 trilyon dollarlıq ümumi xarici ticarət dövriyyəsinə baxmayaraq, bunun cəmi 70 milyard dolları qarşılıqlı ticarətin payına düşür.
TDT Ağsaqqallar Şurasının rəhbəri, həmçinin 34 hərfdən ibarət ortaq türk əlifbasının tam istifadəsinin zəruriliyini də qeyd edib. “Ortaq türk əlifbası ilə bağlı iş məqamları razılaşdırılıb. Bu gün bu əlifbanın faktiki olaraq tətbiqi vacibdir. Hər şey ayrı-ayrı ölkələrin siyasi iradəsindən və onu tətbiq etmək səyindən asılıdır. Buna vaxt lazımdır”, - deyən B.Yıldırım yeni əlifba sayəsində TDT ölkələri sakinlərinin istənilən türk dilində oxuya biləcəyini qeyd edib.
TDT Ağsaqqallar Şurasının rəhbəri, eyni zamanda, Türk dünyasının ortaq tarixi üzrə dərsliklərin hazırlanması, gömrük prosedurlarının sadələşdirilməsi və infrastrukturun inkişafı kimi məsələləri də türk dövlətlərinin inteqrasiyasının gündəmində duran vacib məsələlər kimi diqqətə çatdırıb.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












