Banner

Binəqədi və Biləcəridə narkotik satan daha 24 nəfər saxlanılıb - FOTO - VİDEO

Xəbərlər 15 Sentyabr 2022 12:29 Oxunub 1452
Binəqədi və Biləcəridə narkotik satan daha 24 nəfər saxlanılıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı dəstə başçısı Mahir İsayev, onun tanışları Lətif İsmayılov, Araz Həsənov və Niyazi Muradəliyev tutularaq istintaqa təqdim ediliblər.

Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən 20 kiloqrama heroin və 5 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Mahir İsayev əvvəlcə “İnstagram” sosial şəbəkəsində xarici ölkələrdən birində yaşayan narkotacirlə tanış olub. Onun narkokuryerlik təklifi ilə razılaşan saxlanılan şəxs daha sonra bu işə öz tanışlarını da cəlb edib. Dəstə üzvləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri Astara rayonunda əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər, Faktla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa Binəqədi rayonu, xüsusən Biləcəri qəsəbəsi ərazisində son 5 gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı əlavə olaraq 20 nəfər tutularaq istintaqa cəlb edilib. Saxlanılanlar Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Onlardan külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bakıda narkotik satan daha 24 nəfər saxlanılıb

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh