Bir ailənin 4 azyaşlı üzvü sığınacağa yerləşdirildi

“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə bir ailədən 4 azyaşlı uşaq baxımsız, sosial təhlükəli vəziyyətdə qəbul edilib.
Bu barədə ictimai birlikdən məlumat verilib.
Bildirilib ki, uşaqların anası ağır mədə xərçəngindən əziyyət çəkir. Ailə ilk dəfə ziyarət olunan zaman ana və uşaqların heç birinin qeydiyyatının olmaması, azyaşlıların təhsildən yayınması və ananın ağır vəziyyətdə evdə müalicəsiz baxımsız şəraitdə qalması aşkarlanıb.
İctimai Birliyin müraciəti əsasında Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişi və dəstəyi ilə ana ağır vəziyyətdə ilkin olaraq M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Azyaşlıların reabilitasiyası “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində həyata keçiriləcək. (unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












