Bir elektrik avtobusu "BakuBus"a yarım milyon manatdan baha başa gəldi

"Bakubus" MMC iri məbləğli satınalma həyata keçirib.
Avtosfer.az xəbər verir ki, tenderdə Bakı şəhəri üçün 160 ədəd elektrik avtobusu və onların şarj aparatlarının alınması nəzərdə tutulur.
Müqavilə məbləği 86 milyon 962 min 437 manat təşkil edir. Satınalma bir mənbə metodu ilə həyata keçirilib.
Müqavilə "Byd Auto Industry Co., Ltd" (VÖEN: 91440300791738553L) ilə bağlanıb.
Qeyd edək ki, bu şirkətlə bağlanan ilk satınalma müqaviləsidir.
Beləliklə, "BaluBus" bu şirkətə 1 avtobus üçün orta hesabla 543 min 515 manat ödəniş edib.
"Byd Auto Industry Co., Ltd" avtomobil istehsalı ilə məşğul olan Çin şirkətinin mənzil qərargahı Çinin Şençjen şəhərində yerləşir. Şirkət 1995-ci ildə qurulub. Şirkətin qurucusu Van Çuanfudur.
"BYD"nin hal-hazırda 4 istehsal mərkəzi var. Bunlar Şençjen, Sian, Şanxay və Pekin şəhərlərində yerləşir
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












