Bir milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi rəsmiləşdirildi - FOTO

Avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a (AYNA) bildirilib ki, 1 milyon əmtəə-nəqliyyat qaiməsinin tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib.
Elektron əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşməni təmin edən sənəddir. Bu sistem yükgöndərənlə daşıyıcı arasında müqaviləni rəsmiləşdirir, yükün daşınmaya qəbul edilməsini və ünvanına çatdırılmasını təsdiq edir, şəffaflığın artırılmasına və nəqliyyat-ticarət əməliyyatlarının rəqəmsal izlənməsinə imkan yaradır. Qaimədə yükalanın ünvanı, çatdırılma yeri, miqdarı, qablaşdırılması, tərkibi, brutto çəkisi, göndərilmə vaxtı, nəqliyyat vasitəsinin növü və digər mühüm məlumatlar əks olunur.
Bütün sənədləşmə prosesi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












