Bir sıra avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri açıqlandı - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, 16 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri aşağıdakılardır:
• “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
• “Bakı-Bərdə” marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC;
• “Bakı-Oğuz” marşrutu üzrə hüquqi şəxs "Rüfət" MMC və fiziki şəxs Abdurahmanov Emin Yaşar oğlu;
• “Sumqayıt-Qusar” marşrutu üzrə fiziki şəxs Aslanov Emin Balakərim oğlu;
• “Sumqayıt-Mingəçevir” marşrutu üzrə fiziki şəxs Məmmədov Kamran Şahin oğlu;
• “Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi)” marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC;
• “Gəncə-Masallı” marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC;
• “Sabirabad-Lənkəran” marşrutu üzrə fiziki şəxs İsmayılov Elxan Hüseyn oğlu;
• “Mingəçevir-Gəncə” marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu;
• “Mingəçevir-Tərtər” marşrutu üzrə fiziki şəxs Musayev Hüseyn Salman oğlu;
• “Quba-Xaçmaz” marşrutu üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC;
• “Mingəçevir-Xaldan (Yevlax)” marşrutu üzrə fiziki şəxs Bəndəliyev Elmir Elburus oğlu qalib elan olunublar.
Keçirilən 16 lot üzrə müsabiqədən 7-sində buraxılış ili 2024-2025-ci il olan nəqliyyat vasitələri ilə daşıyıcılar qalib elan olunub.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












