“Bizdə mümkün deyil” stereotipini qırmaq mümkündürmü? - FOTO

Bakı şəhərində nəqliyyatın vəziyyəti ilə bağlı çox deyilib, çox yazılıb. Lakin obyektivlik naminə müəyyən işlərin də görüldüyünü demək lazımdır.
Çox zaman ekspertlər hansısa qabaqcıl təcrübədən danışdıqda “bizdə mümkün deyil”, “Avropada olar, bizdə yox”, “bakıda maşın çoxdur” kimi şablon ifadələr qarşılaşırlar. Amma təcrübə göstərir ki, Bakıda da uğurlu layihələr həyata keçirmək mümkündür.
Bu fotolar ötən dekabrda istismara verilmiş Xocəsən stansiyasının qarşısında çəkilib. Bura yeganə stansiyadır ki, taksilər (o cümlədən manatlıq), manatlıq mikroavtobuslar sərnişin çağırmır. Avtobuslar üçün nəzərdə tutulmuş yol ciblərinə heç kim daxil olmur. Avtobuslar stansiya qarşısındakı dayanacağa rahatlıqla girib-çıxa bilir.
Bu stansiyanın açılması ilə ərazidə qanunsuz sərnişindaşıma yox dərəcəsinə enib. Çünki metronun təqdim etdiyi keyfiyyəti başqa heç bir nəqliyyat təqdim edə bilmir.
Bir sözlə, Xocəsən təcrübəsi göstərdi ki, nəqliyyatda inzibati yolla tənzimləmə səmərə vermir. Çıxış yolu seçim imkanları yaratmaqdır. O zaman hər şey qaydasına düşəcək. Digər nəqliyyat növlərinin işi də öz axarında gedəcək.
Qeyd edək ki, metronun Xocəsən stansiyası 23 dekabr 2022-ci ildə Azərbaycan prezidentinin iştirakı ilə istismara verilib.
Vüqar
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA














