"Bizim kimi bu səhifəyə aldanan nə qədər insan var...” - FOTO

TikTok” və instaqram üzərindən uşaq geyimlərinin satışını həyata keçirən “Lolo.kids.moda_” səhifəsi dələduzluqla məşğuldur”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya bir qrup vətəndaş müraciət edib.
Onların sözlərinə görə, səhifəni işlədən şəxslər ödənişi əvvəlcədən alsalar da, məhsulu çatdırmırlar: “Oktyabrın 29-u övladım üçün 105 manatlıq geyim sifarişi etmişdim. Evə vaxtında çatdırılması üçün mənə göndərilən kart hesabına əlavə ödəniş də etdim, lakin məhsul gecikdirildi. Mənə verdikləri nömrə ilə əlaqə saxladım. Bildirdilər ki, məhsul tez zamanda gələcək. Ancaq dedikləri kimi olmadı. Sifarişimin çatdırılması günlərlə yubandı. Hətta nömrəmi bloka da atdılar. Heç cürə əlaqə yarada bilmədim”.
Şikayətçilər bildiriblər ki, həmin səhifə tərəfindən aldadılan çoxsaylı insan var: “Bütün bu yaşadıqlarımızdan sonra bildik ki, səhifə dələduzluqla məşğuldur. Bizim kimi aldanan nə qədər insan var... Bu, “TikTok”da axtarış zamanı məlum olur. İnsanlar 100, 150, 200 və daha çox məbləğ itiriblər”.

Vətəndaşlar səhifənin daha öncə başqa adla fəaliyyət göstərdiyini sözlərinə əlavə ediblər: “İnsanların çoxu səhifənin dələduzluqla məşğul olduğunu biləndən sonra adını dəyişdilər ki, tanımasınlar. Pulumuzun qaytarılmasını istəyirik. Hər kəs məlumatlı olsun ki, onlayn alış-veriş zamanı belə səhifələrə aldanmasın”.
Məsələni aydınlaşdırmaq üçün qarşı tərəflə də əlaqə saxladıq. “Lolo.kids.Moda”dan saytımıza bildirildi ki, vəsaitlər kuryerin hesabına köçürülüb: “Kuryerlə yaşanan problemlərə görə çatdırılma olmayıb. Sifariş təhvil verilib, lakin o, çatdırılmanı etməyib. Biz də kuryer barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişik. Xəbər gözləyirik. Tez zamanda həll edəcəyik”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












