BNA: Türkiyə - Uels oyununa azarkeşlərin daşınmasına başlanıb
Xəbərlər
16 İyun 2021 18:20

Futbol üzrə Avropa çempionatının (AVRO-2020) Bakıda keçirilən Türkiyə-Uels oyununa azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) təşkil etdiyi ekspress xətləri üzrə daşımalar başlayıb.
Bu barədə Avtosfer.az-a BNA-dan məlumat verilib.
Bildirilib ki, bunun üçün sərnişin tələbatına uyğun sayda avtobuslar cəlb olunub. Bundan başqa, təyinat məntəqələrinə yaxın yerlərdə ehtiyat avtobuslar da hazır vəziyyətdə saxlanılıb.
Qeyd olunub ki, sərnişinlərin daşınmaya başlanmasından əvvəl tibbi müayinədən keçən sürücülərə, həmçinin təhlükəsizlik və vəzifələrinə dair təlimatlar verilib. Təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionu istiqamətində daşımalar oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyundan sonra isə azarkeşlər Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından geriyə daşınacaq. Geriyə qayıtmaq üçün azarkeşlər stadionun şərq və şimal qapısından çıxmalıdırlar.




Oxunub : 2404
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
ŞƏRH YAZ












