BNMİ əməliyyat zamanı 40 kiloqram narkotik vasitə aşkarladı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə paytaxt və bölgələrdə əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin daha bir neçə üzvü - əvvəllər məhkum olunmuşlar 45 yaşlı Bəxtiyar Fətullayev, 32 yaşlı Kənan Məmmədov, həmçinin 35 yaşlı Rövşən Cəfərov və 44 yaşlı Nazim Qələndərov saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən ümumilikdə 40 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Masallı və Siyəzən rayonları, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Saxlanılanların hər biri ölkədə narkotik vasitələrin əsas tədarükçülərindən olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq












