“Boeing” və “Airbus” kompaniyaları 2 fərqli vəziyyətdədir

Dünyanın 2 əsas təyyarə istehsalçısı, dünya aviasiya bazarını inhisara alan ABŞ-nin “Boeing” və Avropanın “Airbus” kompaniyaları 2 fərqli vəziyyətdədir. Amerikalı istehsalçı çətinliklərdən danışdığı halda, Avropalı istehsalçı sifariş çoxluğu ilə üz-üzədir. Bəs Avropada təyyarə istehsalında hər şey rəvan gedirmi?
Avtosfer.az xəbər verir ki, ötən il 2094 təsdiqlənmiş sifariş qəbul edən “Airbus” şirkəti 2013-cü ildəki tarixi rekordunu yeniləyib. Həmin ildə Avropanın ən böyük təyyarə istehsalçısı 1503 sifarişi rəsmiləşdirmişdi.
Təyyarə istehsalçısı bildirir ki, əsas sifarişlər dar füzelyajlı A320 və geniş füzelyajlı A 350 hava gəmilərinədir. Ötən il ümumi 2319 sifarişin 1835-i A320 təyyarələri üçün edilib. 300 ədəd A350 təyyarəsi sifarişi də tarixi rekorddur.
Sifarişdən imtina aviasiya sektoru üçün adi hal olsa da, bu, Airbusun vəziyyətinə təsir etməyib. Ötən il ümumi sifariş sayı ilə təsdiqlənmiş sifariş sayı arasında fərq 200-dən bir qədər artıq olub ki, bu da kiçik rəqəm hesab edilə bilər.
“Airbus” şirkətinin pandemiyadan sonra fəaliyyətinin artmasında ötənilki nəhəng sifarişlərin böyük rolu olub. Hindistanın “İndigo” lou-kosteri bir dəfəyə 500 ədəd A320 təyyarəsi sifariş etməklə tarixi rekorda imza atıb. Bundan əlavə, ötən il “Air İndia” 250, Türk Hava Yolları 230 təyyarə sifariş verib. Onların bir qismi A350 tipli hava gəmiləridir.
Sifarişləri çatdırmaq üçün avropalı istehsalçı A320 təyyarələrinin həftəlik istehsal sayını 75-ə, A350-lərin isə doqquza çatdırmağı planlaşdırır.
Ürəkaçan statistikaya və sifariş siyahısına rəğmən hər şey rəvan getmir. Airbusun 18 min təchizatçılsının bir çoxu hələ də pandemiyanın fəsadlarını aradan qaldıra bilməyib. Bununla belə, şirkət 720 təyyarə nəzərdə tutduğu halda, ötən il müştərilərə 735 təyyarə çatdıra bilib.
Airbusun yeganə rəqibi “Boeing”ə gəlincə. ABŞ şirkəti ötən il 1314 təsdiqlənmiş sifariş qəbul edib. Ləğv olunmuş sifariş sayı yüzdən çoxdur. Sifarişlərin azlmasına səbəb son illərdə baş verən ağır qəzalardır.
Vüqar
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












