Britaniya ordusu üçün yeni döyüş maşınları hazırlanır

"Babcock International Group" və "Supacat" şirkətləri Böyük Britaniya ordusu üçün 70 ədəd "Jackal 3" döyüş maşınının istehsalına başlayıb.
Bu barədə "Army Recognition" portalı məlumat yayıb.
"Babcock"un baş direktoru Devid Lokvud deyib ki, "Jackal" maşınları Böyük Britaniyada təhlükəsizliyin qorunmasına kömək edəcək:
"Qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bu vaxtda Britaniya ordusuna Jackal 3-ün tədarükü müsbət qiymətləndirilməlidir".
"Supacat"ın baş icraçı direktoru Nik Eyms isə bəyan edib ki, yeni döyüş maşını 25 illik xüsusi və 45 illik korporativ inkişafın nəticəsidir.
"Komandamız onları qısa müddətə çatdırmaq, qabaqcıl texnologiyadan istifadə etmək üçün Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edib. Biz gələcəkdə də Britaniya ordusunu yüksək səviyyəli məhsullarla təmin edəcəyik. Texnikanın istehsalını 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır". (report)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












