Bu 2 ölkə ilə yeni saziş imzalayacağıq

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Bu Sazişə uyğun olaraq, Tərəflər hüquqi bərabərlik və qarşılıqlı maraqlar əsasında asağıdakı sahələr üzrə əməkdaşlıq həyata keçirirlər:
- yaşıl enerji mənbələrini diqqət mərkəzində saxlamaqla enerji sektorunda, o cümlədən, təmiz və bərpa olunan enerji mənbələrində və enerji səmərəliliyində əməkdaşlığın gücləndirilməsi;
- bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin transit ötürülməsində və təchizatında əməkdaşlıq;
- yaşıl hidrogen ve yaşıl ammonyakın istehsalı, nəqli ve ticarəti layihələrinin müəyyənləşdirilməsi;
- elektrik enerjisinin təhlükəsiz, etibarlı ve fasiləsiz ötürülməsini təmin etmək üçün texniki ve kommersiya şərtlərinin, inzibati qaydaların ve digər təşkilati tələblərin müəyyən edilməsi.
Yalnız enerji sektorunda üçtərəfli əməkdaşlıq sahələrini əhatə edən bu Saziş tərəflər arasında digər mövcud ikitərəfli əməkdaşlıq razılaşmalarına və fəaliyyətlərinə təsir göstərmir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












