Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, Bakı–Gəncə, Tərtər–Kəlbəcər, Bakı–Göyçay, Bakı–İsmayıllı, Bakı–Kürdəmir, Bakı–Qəbələ, Mingəçevir–İsmayıllı, Göyçay–Gəncə, Şəki–Gəncə, Yevlax–Zaqatala, Saatlı– Masallı, Gəncə–Qazax, Qazax–Gəncə, Qax–Şəki və Şabran–Siyəzən şəhərlərarası, Kuzunqışlaq kəndi – Qusar avtovağzalı və Əniq kəndi – Qusar avtovağzalı rayondaxili, Qarasuçu kəndi (Goranboy) – Gəncə avtovağzalı, Səmədabad kəndi (Goranboy) – Gəncə avtovağzalı, Xuluf kəndi (Şəmkir) – Gəncə avtovağzalı, Bağçakürd kəndi (Goranboy) – Gəncə avtovağzalı və Füzuli kəndi (Samux) – Gəncə Dəmiryol vağzalı istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 7A, 7B, 88A, 125, 130, 140A, 149, 163, 205, 211, 508, 509, 511, 553, 554, 569, M8 və E1 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 12 dekabr 2025-ci saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Tərtər–Kəlbəcər, Bakı–Göyçay, Bakı–İsmayıllı, Bakı–Kürdəmir, Bakı–Qəbələ, Mingəçevir–İsmayıllı, Göyçay–Gəncə, Şəki–Gəncə istiqamətlərində 9 lot üzrə dekabrın 23-də, Yevlax–Zaqatala, Saatlı–Masallı, Gəncə–Qazax, Qazax–Gəncə istiqamətlərində 10 lot üzrə dekabrın 26-da, paytaxtın 509 (Sumqayıt avtovağzalı – Lökbatan qəsəbəsi), 511 (Aşağı Güzdək qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 553 (Güzdək qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 554 (Güzdək qəsəbəsi – Lökbatan qəsəbəsi), 569 (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Gəncə prospekti), 7B ("Koroğlu" NMM – Yasamal yaşayış kompleksi (MİDA)), 88A ( "Azadlıq prospekti" m/st – Bakı Ağ Şəhər), 125 ("28 May" m/st – Lökbatan qəsəbəsi) nömrəli avtobus marşrutları üzrə 9 lotda yanvarın 5-də, paytaxtın 130 ("20 Yanvar" m/st – Lökbatan qəsəbəsi), 140A (Lökbatan qəsəbəsi – Xırdalan d/st), 149 ("Sahil" m/st – Sahil qəsəbəsi), 163 ("Koroğlu" NMM – Ramana Yeni yaşayış kompleksi), 205 ("Nəsimi" m/st – "Abşeron" ticarət mərkəzi), 211 (11 nömrəli məktəb – "Abşeron" ticarət mərkəzi), M8 ("Gənclik" m/st – Maştağa qəsəbəsi), 508 nömrəli şəhərətrafı ("20 Yanvar" m/st – Saray qəsəbəsi) və E1 nömrəli ekspres ("Xalqlar dostluğu" m/st – "Abşeron" ticarət mərkəzi) nömrəli avtobus marşrutları üzrə 9 lotda yanvarın 7-də, Kuzunqışlaq kəndi – Qusar avtovağzalı, Əniq kəndi – Qusar avtovağzalı, Qarasuçu kəndi (Goranboy) – Gəncə avtovağzalı, Səmədabad kəndi (Goranboy) – Gəncə avtovağzalı, Xuluf kəndi (Şəmkir) – Gəncə avtovağzalı, Bağçakürd kəndi (Goranboy) – Gəncə avtovağzalı, Füzuli kəndi (Samux) – Gəncə Dəmiryol vağzalı, Qax–Şəki və Şabran–Siyəzən istiqamətlərində 9 lot üzrə yanvarın 9-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










